Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Dərhal FHN-nin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə Bakı Dəniz Vağzalında və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edib, axtarış işləri aparıblar.
Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB