Aprelin 1-də Azərbaycanda yol patrul xidməti əməkdaşları tərəfindən yol hərəkəti qaydaları əleyhinə 5704 inzibati xəta aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) SİA-ya verilən məlumata görə, aprelin 1-də yol patrul xidməti əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarəetməyə görə 69, avtomobildə sürücünün görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlıqların quraşdırılmasına görə 6 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Ötən gün avtomatik rejimdə işləyən nəzarət cihazlar vasitəsilə sürət həddini aşdıqlarına görə, sürücülərin iştirakı olmadan 2215 elektron protokol tərtib edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB