Daxili İşlər Nazirliyi (DİN) Bakıda orta məktəb şagirdinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 1-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindən qəsəbə sakini Mobil Abdullayev bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada ölüb.
Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB