Bakıda "Topaz" mərc oyunları məntəqəsindən 3700 manat pul oğurlamış şəxs tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş Elxan İskəndərova məxsus "Topaz" mərc oyunları məntəqəsindən qapının qıfılının sındırılması yolu ilə 3700 manat pul oğurlanıb. İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Çingiz İmanov adlı şəxs olduğu müəyyən edilərək yaxalanıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB