Arvadını öldürən şəxs təslim oldu

Arvadını öldürən şəxs təslim oldu

Qısqanclıq zəminində arvadını qətlə yetirən Gəncə şəhər sakini könüllü olaraq təslim olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 30-da Gəncə şəhər sakini Natiq Bayramov Gülüstan qəsəbəsindəki evində qısqanclıq zəminində arvadı Gülnarə Teyyub qızı Bayramovanı bıçaqla qətlə yetirib.

Natiq Bayramov könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək təslim olub.

Qeyd edək ki, Natiq Bayramov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə