Gəncədə dəhşətli qətl hadisəsi baş verib. SİA-nın verdiyi xəbərə görə, şəhərin Gülüstan yaşayış massivində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasının ərazisində olan məhəllə evlərinin birində baş verib. Gəncə şəhər sakini 43 yaşlı Natiq Bayramov həyat yoldaşı 34 yaşlı Gülnarə Bayramovanı iki azyaşlı uşaqlarının gözü qarşısında 3 bıçaq zərbəsi ilə qətlə yetirib. Şahidlərin sözlərinə görə, həmin gün ər-arvad qohumlarının nişan məclisində olublar. Məclisdən sonra sərxoş olan Natiq Bayramov evdə həyat yoldaşı ilə münaqişə edib, hadisə də həmin vaxt baş verib. Gülnarə Bayramovanın meyidi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şöbəsində müayinə edildikdən sonra yaxınlarına verilib. Hadisəni törədən Natiq Bayramov isə saxlanılıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB