İstintaq təcridxanasında saxlanılan şəxsdən narkotik vasitə götürülüb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilən şəxs Əfqan Güloğlan oğlu Atakişiyevə tanışı Şaiq Faiq oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman dezodorant qabının içərisində 2 ədəd sellofana bükülmüş, xalis çəkisi 4,569 qram olan tiryək aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB