Yol polisi avtomobildən silah tapdı

Yol polisi avtomobildən silah tapdı

Bakıda avtomobildən silah-sursat tapılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Yol Polisi İdarəsi əməkdaşları Babək prospektində Bakı şəhər sakini Hikmət Sadıqovun idarə etdiyi BMW markalı avtomobili saxlayıblar. Yol polisi yoxlamalar zamanı avtomobildən 2 ədəd pnevmatik tapança və 7 ədəd 9 mm patron aşkar edib.

Silah və sursat götürülüb, Hikmət Sadıqov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə