Kürdəmirdə nasos stansiyası yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kürdəmir rayonu, Mollakənd kəndində Mexaniki Suvarma İdarəsinə məxsus ümumi sahəsi 112 kv.m olan qayıq üzərində quraşdırılmış üzən nasos stansiyasının taxta konstruksiyalardan ibarət idarəetmə otağı 6 kv.m sahədə, mühərrikin üzərində taxta və dəmir konstruksiyalardan quraşdırılmış talvar hissəsi 40 kv.m sahədə yanıb.
Qayığın qalan hissəsi yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB