Bakıda güclü külək yaşayış binasının dam örtüyünü qopardı

Bakıda güclü külək yaşayış binasının dam örtüyünü qopardı

Bakıda güclü külək yaşayış binasının dam örtüyünü qoparıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nəsimi rayonunda güclü küləyin əsməsi nəticəsində beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq, binanın sakinlərinə təhlükə yaradıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaranmış təhlükəni aradan qaldırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə