Ötən gecə saat 22.45 radələrində Hacıqabul-Bəhrəmtəpə magistral avtomobil yolunun 14-cü km-də, Osmanlı dəmiryolu stansiyasının yaxınlığında Sabirabad rayon sakini 1984-cü il təvəllüdlü Ağayev Emin Eminağa oğlunun idarə etdiyi "Mitsubishi Pajero" markalı 10 SA 292 dövlət nömrə nişanlı avtomobil Sabirabad istiqamətində sürətlə hərəkətdə olarkən idarəetməni itirib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, nəticədə avtomobil magistral yolda bir neçə dəfə yuvarlanıb. Sürücü aldığı ağır bədən xəsarətlərnidən hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomobildə sıxılmış meyiti FHN Sabirabad rayon bölməsinin xilasetmə xidməti tərəfindən xüsusi avadanlıqlarla çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən sürücü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin giziri olub.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB