Hacıqabulda yol qəzası baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin(FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Hacıqabul rayonu, Atbulaq kəndində (rayon mərkəzindən 35 km aralı) "Kamaz" və "Mercedes" markalı yük avtomobilləri toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər "Mercedes" markalı yük avtomobillində sıxılmış vəziyyətdə qalmış sürücünü təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB