Yüksək sürət toyu yasa çevirdi FOTO

Yüksək sürət toyu yasa çevirdi FOTO

Hacıqabulda 26 yaşlı gəncin toyu yasa döndü. SİA-nın verdiyi məlumata görə, bu gün günorta saat 13:00 radələrində Şirvan-Hacıqabul avtomobil yolunun 1-ci km-də ağır yol qəza hadisəsi baş verib.

Hacıqabul rayon sakini 1988-ci il təvəllüdlü Həmzəyev Rəşad Elşad oğlu idarə etdiyi "Mercedes" markalı 90 FP 312 nömrəli avtomobillə Şirvan istiqamətində sürətlə hərəkətdə olan zaman idarəetməni itirib və yoldan çıxaraq uzaq məsafədən dərəyə yuvarlanıb. Ağır xəsarət alan 26 yaşlı gənc Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 4 gün sonra aprelin 2-si mərhum Rəşad Həmzəyevin qardaşının toyu olacaqdı.

İqbal Mikayılov, Şirvan

Bütün xəbərlər Facebook səhifəmizdə