Masallıda zəncirvari yol qəzası baş verib

1 nəfər ölüb, 3 nəfər yaralanıb
Masallıda zəncirvari yol qəzası baş verib

Masallıda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib. Hadisə rayonun Bambaşı kəndi ərazisində qeydə alınıb. SİA-nın Cənub bürosunun verdiyi xəbərə görə, "VAZ – 2107", "VAZ -2106" və "Mitsubishi Pajero" markalı minik avtomobillərinin toqquşması nəticəsində VAZ - 2106-nın sürücüsü, Masallının Güllütəpə kənd sakini, 66 yaşlı İmaməli Qubadov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin sərnişinləri, sürücünün həyat yoldaşı 67 yaşlı Qızxanım Qubadova və ailənin yaxın qohumu 60 yaşlı İstəgül Qubadova, eləcə də VAZ - 2107-nin sərnişini, Masallı şəhər sakini, 25 yaşlı Ülvi Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Mərkəzinə yerləşdiriliblər. Müvafiq tibbi yardımdan sonra Ülvi Əzimov ambulator müalicəyə buraxılıb. Digər 2 yaralının vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə