MN: Tovuzda heç bir hərbi qulluqçu xəsarət almayıb

MN: Tovuzda heç bir hərbi qulluqçu xəsarət almayıb

"Yerli mətbuatda cəbhənin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində atəşkəsin pozulması nəticəsində hərbi qulluqçuların yaralanması ilə bağlı yayılan informasiya düzgün deyil. Bu gecə Ermənistan Silahlı Qüvvələrinin cəbhəninin Tovuz rayonu istiqamətində yaşayış məntəqəsini atəşə tutması nəticəsində bir mülkü şəxs yaralanıb. Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında isə yaralanan olmayıb".

Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, dünən və bu gecə cəbhə xəttində Azərbaycan əraziləri Ermənistan tərəfindən intensiv atəşə tutulub. Lakin atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun heç bir hərbi qulluqçusu xəsarət almayıb və bu haqda yayılan xəbərlər də həqiqətə uyğun deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə