Sumqayıtda dəhşətli qəza baş verib

Sumqayıtda dəhşətli qəza baş verib

Sumqayıt şəhərində 2 avtobus toqquşub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, H.Zeynalabdin qəsəbəsi ərazisində Azadi Tağıyevin idarə etdiyi "İkarus" markalı avtobusla Rəşad Ələsgərovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində R. Ələsgərov və onun idarə etdiyi avtobusun içərisindəki sərnişinlər ağır yaralanıb. Yaralılar Famil Cəfərov, Təranə Nağıyeva, Sürəyya Cəfərova, Röya Ələsgərova xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə