İki yük avtomobili toqquşub zərərçəkənlər var

İki yük avtomobili toqquşub zərərçəkənlər var

Şabranda iki yük avtomobilinin toqquşması nəticəsində bir nəfər yaralı avtomobildə sıxılmış vəziyyətdə qalıb. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir.

FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şabran şəhəri Bakı-Quba avtomobil yolunun 121-ci kilometrliyində "Shacman" markalı yük avtomobilinin "Volvo" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, deformasiya uğramış "Volvo" markalı yük avtomobilinin sürücüsü sıxılmış vəziyyətdə aşkarlanıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1 nəfər yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:30-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə