Bakıda sakinlərdən 1 kq marixuana götürülüb

Bakıda sakinlərdən 1 kq marixuana götürülüb

Bakıda şəhər sakinlərindən 1 kq-a yaxın marixuana götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunan Namiq Qafarovdan 460 qram marixuana götürülüb.

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Ağasəlim Əliyevdən 405 qram marixuana götürülüb.

Hər iki fakt üzrə cinayət işi açılıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə