Şəkidə yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayon mərkəzindən 35 km aralıda yerləşən Kiçik Dəhnə kəndində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Evə bitişik ümumi sahəsi 40 kv.m olan köməkçi tikili və qaraj yanğından mühafizə olunub. Yanğın saat 04:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB