Avtoşlar Şirvanı viran qoydular FOTOLAR

Avtoşlar Şirvanı viran qoydular FOTOLAR

Ötən gecə Şirvan şəhərində avtoşlar sanki terror aktı həyata keçirmək arzularını gerçəkləşdirmək istəyiblər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bir saat müddətində Şirvan şəhərinin müxtəlif yerlərində dəhşətli qəzalar törədiblər.

İlk hadisə şəhərin Heydər Əliyev prospektində Şirvan kanalın üzərindən keçən körpüdə baş verdi. Sürücü Şirvan şəhər sakini 1991-ci il təvəllüdlü Nəhmədov Xalid Məzahir oğlu idarə etdiyi Priora markalı 90 MZ 036 nömrəli avtomobillə avtoşluq edən zaman idarə etməni itirib və beton bardura çırpılıb. Avtoş sürücü xəsarət almasa da zərbənin gücündən iri həcimli beton barduru dağılıb.

Bu hadisədə təxminən yarım saat sonra digər avtoş inanılmaz qəza törədib. Şəhərin F.Eynullayev küçəsində avtoş sürücü 1992-ci il təvəllüdlü Qasımov Məhərrəm Fəhmin oğlu idarə etdiyi VAZ 2107 markalı 90 XU 098 dövlət nomrə nişanlı avtomobillə yüksək sürətlə hərəkət edən zaman qarşıdan gələn 1993-cü il təvəllüdlü Cəfərov Məhəmməd Ceyhun oğlunun idarə etdiyi VAZ 2107 markalı 90 EJ 207 nömrəli avtomobili vuraraq yol kənarındakı piyada dayanacağına çırpılaraq dağıdıb və 10 saylı məktəbin dəmir hasarının yanına düşüb.

Qəza zamanı hər iki avtomobil, qəribə də olsa, bir-birinin üstünə düşüblər. Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Şirvanın bütün avtoşları bu gecə şəhəri viran qoyublar.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə