Ötən gecə polis zabiti avtomobil qəzasında həyatını itirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, saat 23:30 radələrində Salyan rayonun Kürsəngi-Varlı avtomobil yolunun Uluxanlı kəndi ərazisində 1959-cu il təvəllüdlü Qəhrəmanov Məmmədağa Nəriman oğlu idarə etdiyi Mercedes markal 99 CZ 678 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman sərt döngədə idarəetməni itirib və ağaca çırpılaraq yolun ortasında aşıb.
Nəticədə Məmmədağa Qəhrəmanov hadisə yerindəcə dünyasını dəyişib. Məmmədağa Qəhrəmanov Hacıqabul rayon Polis Şöbəsinin cinayət axtarış şöbəsinin bölmə rəisi, polis polkovnik-leytenantı olub.
Mərhum Salyan rayonun Qaraçala kəndində yaşayırdı.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB