Bu gün səhər saatlarında əsən güclü külək Qərb bölgəsində məişət və ticarət obyektlərinə həmçinin evlərə xeyli miqdarda ziyanlıq verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbər görə, Bu gün səhər satlarında əsən güclü külək qərb rayonlarında fəsadsız ötüşməyib. Belə ki, Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının bir neçə ticarət və məişət obyektlərinin həmçinin evlərin üzərində dam örtüyünü yerə atıb. Şəmkir rayonunda tikinti materialları satılan ticarət obyektində hasar divarını uçuraraq dağıntılı fəsadlar verib. Qazax rayonun Ağköynək kəndində 6 evə ziyanliq dəyib.Kiminin evinin, kiminində mal tövləsinin damı küləyin qurbanına cevrilib.
Tikinti materiallarında çalışan işçilər obyektə xeyli miqdarda ziyanlığın dəydiyini bildiriblər.
Qeyd edək ki, 15-20 dəqiqə arası əsən güclü külək qərb rayonlarının sakinlərini qorxu içərisində saxlayıb.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB