Bakıda minik avtomobili ilə avtobus toqquşub. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda "Mercedes" markalı minik avtomobili və "Daewoo" markalı avtobus toqquşub. Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, "Mercedes" markalı minik avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılıb Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Əməliyyat saat 06:58-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB