Sabirabadda qəza: 2 nəfər ölüb

Sabirabadda qəza: 2 nəfər ölüb

Sabirabadda avtomobil qəzasında 2 nəfər ölüb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Hacıqabul-Bəhrəmtəpə maqistral avtomobil yolunun 42-ci kilometrliyində saat 18.00 radələrində Sabirabad rayonunun Nizami kənd sakini 1980-ci il təvəllüdlü Quliyev Seymur Vaqif oğlunun idarə etdiyi VAZ 21015 markalı 20 DB 275 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən yolun kənarındakı avtodayanacağa çırpılıb. Nəticədə sürücü və onun həmkəndlisi, avtomobildə olan sərnişin 1974-cü il təvəllüdlü Quliyev Abdulla Məmmədqulu oğlu hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə