Bu gün erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin əsgəri Həsənov Elvin Çingiz oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub.
Müadifə Nazirliyindən SİA-ya verilən xəbərə görə, nazir, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Həsənov Elvin Çingiz oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB