Lənkəran şəhər sakinin evində külli miqdarda narkotik vasitə aşkarlanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis mayoru Bəyəmir Cahangirov bildirib ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü Xalid İsmayıl oğlu Hüseynovun yaşadığı Lənkəran şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, dalan 1, ev 8 ünvanında yerləşən mənzilinə baxış keçirilərkən satış məqsədilə saxladığı külli miqdarda narkotik vasitə, o cümlədən 1013,3 qram heroin, 3021,3 qram tiryək, 202,08 qram həşiş qətranı, 1806,5 qram psixotrop maddə olan "Metamfetamin" və 1 ədəd tərəzi aşkarlanaraq götürülüb. X.Hüseynov ilkin ifadəsində narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirib. Saxlanılan Xalid Hüseynovun özü də narkotika aludəçisi olmaqla bərabər, analoji fakta görə əvvəllər 2 il məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB