Gəncə Dövlət Filarmoniyasının tikilməkdə olan yeni binası uçub.
Bu gün saat 18:00 radələrində inşa olunan tikilidə beton plitələr uçub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmadığını araşdırır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və təcili tibbi yardım stansiyasının əməkdaşları gəliblər.
Qeyd edək ki, inşaat işləri gedən ərazidə əvvəllər "Bakı" kinoteatrı yerləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB