Bakıda silah saxlayan şəxslər tutulub

Bakıda silah saxlayan şəxslər tutulub

Bakıda üç nəfərdən silah götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən SİA- ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Nardaran qəsəbə sakini Fərhad Şahbazovdan sandıqçasında 8 ədəd patronu olan 1 ədəd "Makarov" markalı tapança aşkar edilərək götürülüb.

Bundan başqa, Zabrat qəsəbəsi Axundov küçəsində yaşayan Məhəbbət İsmayılovun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş tək lülə ov tüfəngi və 26 ədəd patron, Nəsimi polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə, Gəncə şəhər sakini Elman Rzayevdən darağında 1 ədəd patronu olan "FN 1906" markalı, 6,35 kalibrli tapança aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə