Tovuzda azyaşlının ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Məşədilər kəndində yaşayan 13 yaşlı rayon sakini Zəminə Mustafayeva ehtiyatsızlıqdan evdə yanaraq dünyasını dəyişib. Mərhumun xalasının verdiyi məlumata görə, Zəminənin anası evə girən zaman övladının alov içində yandığını görüb. Dərhal onu söndürməyə çalışıblar. Zəminə Mustafayeva ağır yanıq xəsarətləri alan Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının dediyinə görə, 13 yaşlı Zəminə fiziki qüsurlu olub.
Faktla bağlı araşdırma aparılır.
KAMRAN ƏSKİPARALI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB