8 martda qadının pulunu oğurlayan şəxs tutuldu

8 martda qadının pulunu oğurlayan şəxs tutuldu

8 Mart - Beynəlxalq Qadınlar Günü Bakıda qadının pullarını və sənədlərini oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 8-də Şərifzadə küçəsi 1-də yerləşən ATU-nin 5 saylı yataqxanasında Zeynəb Vəlibəyovanın otağından içərisində 600 manat, 7 ədəd bankomat kartı, şəxsi sənədlər olan əl çantası oğurlanıb.

Yasamal rayon Polis İdarəsi 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mustafa Aloyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə