Bomba xəbəri yalan çıxdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda parkın ərazisində məişət tullantıları olan yeşikdə partlayıcı qurğu olması barədə məlumat daxil olub.

SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə park ərazisində və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edib, axtarış işləri aparıblar. Axtarış nəticəsində parkın ərazisində heç bir şübhəli əşya aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə