Qazıntı işləri aparılarkən partlamamış döyüş sursatı aşkarlanıb

Qazıntı işləri aparılarkən partlamamış döyüş sursatı aşkarlanıb

Abşeron rayonunda qazıntı işləri aparılarkən partlamamış döyüş sursatının aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Əraziyə baxış keçirərkən aşkarlanmış sursatın istifadə üçün yararsız bir ədəd 200 millimetrlik top mərmisi olduğu müəyyən edilib.
Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən əraziyə təkrar baxış keçirilib və həmin ərazidə digər döyüş sursatları aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə