Salyanda baş vermiş ağır qətl hadisəsi açılıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 04 mart 2014-cü il tarixdə günorta saat 13:30 radələrində Salyan rayonun Qaraçala kəndi ərazisində 1965-ci il təvəllüdlü Xəlilov Aydın Rafiq oğlunun qətlə yetirənlər müəyyən ediliblər. Salyan rayon polis şöbəsinin və Daxili İşlər Nazirliyinin birgə keçirtdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Salyan rayonun Qaraçala kənd sakini Aydın Xəlilovun qətlə yetirilməsində ilk öncə istifadə olunan Palero markalı avtomabil Bakı şəhərində müəyyən edilib.
Məlum olub ki, cinayətdə istifadə olunan Pajero markalı avtomobil Bakı şəhərindən kirayə götürülübmüş. Hadisəni törədənlərin adları hələlik ictimaiyyətə açıqlanmasa da həmin şəxslər həbs olunublar. Həmin şəxslər cinayətkar dəstə üzüvləridir və əlavə cinayət törətməkləri araşdırılır.
Salyandan aldığımız məlumata görə, Aydın Xəlilov sifariş əsasında qətlə yetirilib. Sifariş verən şəxs Salyan rayonun Qaraqaşlı kənd sakini Şahin adlı şəxsdir. Aydın Xəlilov özü əvvəllər cinayətkar dəstə üzvü olduğundan Şahinin qardaşı Azəri 2007-ci ildə Rusuyanın Ufa şəhərində qətlə yetiribmiş. Şahin qardaşının qisasını almaq üçün Aydın Xəlilovu yaşadığı Qaraçala kəndinə gəlsə də qətli həyata keçirə bilməyib. Bakı şəhərinə gedən Şahin məsələni cinayətkar dəstənin üzüvlərinə danışıb və onlar qətli törətməyi üzərilərinə götürüblər və gəlib həyata keçiriblər.
Polisdən nə qədər qaçmaq istəsələrdə mümkün olmayıb. Polisin gərgin əməyi sayəsində nəhayət 4 gün sonra qatillər həmçini sifarişçi həbs edilib.
Hal hazırda cinayətkar dəstənin digər üzüvlərinin müəyyənləşdirilməsi davam etdirilir. Yəqin ki, ictimaiyyətə əlava məlumatlar veriləcək.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB