Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 10-u saat 22:00 radələrində, Binəqədi qəsəbəsi II Mədəndə yaşayanlar Əliağa Quliyev mübahisə zəminində Xəqani Həsənova bıçaq xəsarəti yetirmiş, X.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Ə.Quliyev tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB