Bakıda ev yandı

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 12 kv.m olan lift nəzarətçisi otağının giriş qapısı və içərisində 1 ədəd divan yanıb. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə