Ağır yol qəzası baş verib: 3 nəfər ölüb

Ağır yol qəzası baş verib: 3 nəfər ölüb

Xəzər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var. Bu barədə SİA Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir.

Bu gün aat 01 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Ələkbər Məmmədovun idarə etdiyi "Mercedes", Mirzahid Mürsəlovun idarə etdiyi "Opel" və Elnur Sadıqovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşub.

M. Mürsəlov, E. Sadıqov və sərnişini, atası Səfərəli Sadıqov hadisə yerində ölüb, xəsarət almış Ə. Məmmədova, sərnişinləri Şəfiqə Piriyevaya, Xəyalə Hacıyevaya və Adnan Piriyevaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə