Nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib

Nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına, təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə 4-cü mərtəbədəki mənzilin eyvanından enərək, içəri daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə