Qazaxdakı yol qəzasında ölənlərin sayı 4-ə çatdı YENİLƏNİB

Qazaxdakı yol qəzasında ölənlərin sayı 4-ə çatdı YENİLƏNİB

Qazax rayonunda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb. Bu barədə SİA-ya Baş Dövlət yol Polisindən məlumat verilib. Eşqin Salamzadənin idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə Tahir Həsənovun idarə etdiyi "QAZel" markalı yük maşını toqquşub. Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü 22 yaşlı Eşqin Salamzadə, onun bacısı 24 yaşlı Lamiyə Salamzadə və digər sərnişin, 24 yaşlı Mahmud Musaquliyev hadisə yerində keçiniblər.

"QAZel"in sürücüsü 62 yaşlı Tahir Həsənov Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər. "QAZel"də olan 21 yaşlı Elvin Məmmədov isə aldığı ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, hadisə fevralın 28-dən martın 1-nə keçən gecə Bakı-Qazax yolunun 472-ci kilometrliyində, Qazax rayonu ərazisində qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə