Qazaxda yol qəzası: ölənlər var

Qazaxda yol qəzası: ölənlər var

Fevralın 28-dən martın 1-ə keçən gecə Bakı-Qazax yolunun 472-ci kilometrliyində, Qazax rayonu ərazisində dəhşətli yol qəzası qeydə alınıb. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.

Vətəndaşlara məxsus "QAZel" və VAZ markalı avtomobillərinin toqquşması nəticəsində "QAZel" markalı yük avtomobilinin sürücüsü və 1 sərnişini müxtəlif bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım Stansiyası tərəfindən Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

VAZ markalı minik avtomobilindən 3 nəfərin sıxılmış meyiti isə yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə