Tibb universitetinin yataqxanası yanıb

Tibb universitetinin yataqxanası yanıb

Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən xəbərə görə, yanğın 5 mərtəbəli binanın 4-cü mərtəbəsində olub. Yanğın zamanı bir necə otağın ziyan çəkdiyi bildirilib. Qeyd edək ki, yanğın bu gün saat 10.00 radələrində Azərbaycan Tibb Universitetinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının binası ilə ilə üzbəüz yerləşən yataqxanasında baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə