Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.5; 182.2.1 və 182.2.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Samir İlham oğlu Nuriyevin yanına qısa müddətli görüşə gəlmiş həyat yoldaşı Aynurə Çingizxan qızı Əsədullayevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilərkən, alt paltarında gizlətdiyi daxilində "Nar" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
SİA-nın xəbərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilən şəxs Ələkbər Dadaş oğlu Dadaşovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, kameranın divarında ovularaq düzəldilmiş gizli saxlanc yerində gizlədilib, daxilində "Nar" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 maddəsi ilə təqsirli bilinərək həbs edilən şəxs İlkin Novruz oğlu Bəylərovun etapla müəssisəyə daxil olan zaman əşyalarına və üzərinə baxış keçirilərkən, ona məxsus çörəyin içərisindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.
Hər üç fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB