Xırdalandakı yanğınla bağlı Rəsmi məlumat

Xırdalandakı yanğınla bağlı Rəsmi məlumat

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 108 kvadratmetr olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 21 kv.m sahədə yanıb.

Yanğın zamanı dördüncü mərtəbədəki mənzildən 3-ü azyaşlı olmaqla 4 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və binadan 20 nəfər sakin təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə