Salyan sakini intihar etdi. SİA-nın Aran bürosuna Salyan rayon prokurorluğundan verilən məlumat görə, intihar hadisəsi Salyan şəhər Ənnağı Hüseynov küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan Salyan şəhər sakini, 46 yaşlı Əlvan Əvəz oğlu Hüseynov gecə saatlarında yaşadığı evin qarşısında özünü asaraq intihar edib. Əvəz Hüseynovun intihar etməsi səhər saatlarında məlum olub. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB