Abşeron rayonunun Xırdalan şəhərində beş mərtəbəli yaşayış binasında yanğın başlayıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən bildiriblər.
Məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, 3 saylı binada qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB