Bakıda quldurluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, 20 dekabr 2013-cü il tarixdə naməlum şəxs Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində yaşayan Dürdanə Museyibovanın mənzilinə pəncərəni sındıraraq daxil olub, mətbəxdən götürdüyü bıçaqla onu hədələyərək 1000 manat pulunu və mobil telefonunu götürüb. Xəzər Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 1-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Vüsal Əkbərov həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB