Bu gün Üzeyir Hacıbəyli küçəsi 66 ünvanında "Sahil bağı"nın yanında zəncirvari yol qəzası baş verib. SİA-nın xəbərinə görə, qəzaya səbəb "Hundai elantra" markalı 10-VC-031 dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək yol kənarında dayanan digər 4 avtomobilə çırpılması olub.
Nəticədə 10-DC-204 dövlət nömrə nişanlı vaz 07, 10-SX-677 "Hundai Tucson", 90-AC-962 "Chevrolet", 40-BX-374 Mercedes markalı avtomobillərə ciddi ziyan dəyib.
Qeyd edək ki, hadisənin dəqiq təfərrüatları hələlik bilinməsə də, şahidlərin sözlərinə görə, zəncirvari yol qəzasının başvermə səbəbi həmin ərazidə "parkovşik" kimi çalışan, eləcə də "Koroğlu" ləqəbi ilə tanınan şəxsin səriştəsiz maşın idarə etməsi olub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB