AMEA-nın Fizika İnstitutunda yanğın olub

AMEA-nın Fizika İnstitutunda yanğın olub

Bu gün saat 10:30 radələrində Azərbaycan Milli Elmlər Akadmeiyasının Fizika İnstitutunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilsə də yanğın institutun əməkdaşları tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın elektrik şitində qısa qapanma səbəbindən baş verib. Hadisə zamanı xəsarət alan yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə