Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Sadiq Nurəddin oğlu Əmirov mina partlaması nəticəsində xəsarət alıb. SİA-nın məlumatına görə, yaralı əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı SİA-ya təsdiqləyiblər.
Qeyd edək ki, S. Əmirov Ağdam rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB