Bakıda 16 mərtəbəli binada baş verən yanğın tam söndürülüb YENİLƏNİB
Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə yerinə FHN-nin texnikası və canlı qüvvəsi cəlb olunaraq binada yaşayan sakinlər evakuasiya ediliblər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə deyib ki, yanğın barədə məlumat saat 13:52-də daxil olub: "Dərhal hadisə yerinə Nəsimi, Səbail və Yasamal rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib. Yanğın II mürəkkəblik dərəcəsi kimi qiymətləndirilib.
Ə.Novruzov bildirib ki, yanğın 6-cı mərtəbədən 16-cı mərtəbəyədək binanın alkopan üzlük hissəsində baş verib: "Nəticədə binanın 200 kvadratmetr hissəsi yanıb. Yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Artıq 16 mərtəbəli yaşayış binasında baş verən yanğın tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq".
Qeyd edək ki, sakinlər hadisənin qaz sızamsı nəticəsində baş verdiyini iddia ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB