Ot tayası evi yandırdı

Bərdədə yaşayış evində yanğın hadisəsi qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, yanğın rayon sakini Ruhiyə Mehdiyevaya məxsus 3 otaqlı evdə baş verib. Evin yanına yığılan ot tayasının alovlanması, evin də bir anda yanmasına səbəb olub. Hadisə yerinə FHN -nin yanğınsöndürənlər briqadasının əməkdaşları gələnə qədər sakinlər alovu söndürmək istəsələr də buna nail ola bilməyiblər .

Evin yanar konstruksiyaları və əşyalar tamamilə yanaraq kül olub. Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənmə və yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisənin dəqiq səbəbləri bilinməsə də ilkin ehtimal kimi elektrik naqillərindəki qısa qapanma olduğu bildirilir.

Şamxal Cəliloğlu, Qarabağ

Bütün xəbərlər Facebook səhifəmizdə